İdman

Qol və xal üzünə həsrət millimiz

21 Oktyabr 2021 21:19
0 Şərh     Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınlardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, komandamız yer aldığı E qrupunda 3-cü matçına çıxıb.

Qadınlarımız Podqoritsadakı Təlim-Məşq mərkəzində Monteneqronun qonağı olub. İlk iki görüşdə Rusiya (0:2) və Danimarkaya (0:8) məğlub olan yığmamız yenə qol və xal üzünə həsrət qalıb. Bolqarıstandan olan hakimlər briqadasının idarə etdiyi qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 26-da "ASK Arena"da Malta ilə qarşılaşacaq.

Qadınlar arasında DÇ-2023-ün seçmə mərhələsi
E qrupu, III tur
21 oktyabr
Monteneqro - Azərbaycan - 2:0

Sladyana Bulatoviç, 5, Ancela Toşkoviç, 83
Podqoritsa. Təlim-Məşq mərkəzi

1

Danimarka

2

2

0

0

15-0

6

2

Rusiya

2

2

0

0

7-0

6

3

Monteneqro

3

2

0

1

5-7

6

4

Bosniya və H.

2

0

1

1

4-5

1

5

Malta

2

0

1

1

2-9

1

6

Azərbaycan

3

0

0

3

0-12

0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.