İdman

Avropa Liqası: "Legiya" və "Qalatasaray" səfərdə, "Fənərbağça" evdə oynayacaq

21 Oktyabr 2021 08:12
0 Şərh     Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

Üçüncü oyun günündə daha 14 qarşılaşma təşkil olunacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı İtaliyada "Napoli" ilə üz-üzə gələcək.

Türkiyənin turnirdəki təmsilçilərindən "Fənərbağça" Belçika "Antverpen"ini qəbul edəcək. D qrupunun digər görüşündə Yunanıstan "Olimpiakos"u Almaniyada "Ayntraxt" (Frankfurt) klubunun qonağı olacaq.

E qrupunda "Qalatasaray" Rusiyada "Lokomotiv" (Moskva) komandası ilə, "Latsio" isə İtaliyada Fransa "Marsel"i ilə qarşılaşacaq.

UEFA Avropa Liqası

Qrup mərhələsi, III tur

A qrupu

23:00. "Reyncers" (Şotlandiya) - "Bröndbü" (Danimarka)

23:00. "Sparta" (Praqa, Çexiya) - "Lion" (Fransa)

Xal durumu:"Lion" - 6, "Sparta" - 4 "Bröndbü" - 1, "Reyncers" - 0.

B qrupu

23:00. PSV (Eyndhoven, Niderland) - "Monako" (Fransa)

23:00. "Şturm" (Qrats, Avstriya) - "Real Sosyedad" (İspaniya)

Xal durumu: PSV - 4, "Monako" - 4, "Real Sosyedad" - 2, "Şturm" - 0.

C qrupu

23:00. "Napoli" (İtaliya) - "Legiya" (Polşa)

Xal durumu: "Legiya" - 6, "Spartak" - 3, "Napoli" - 1, "Lester" - 1

D qrupu

20:45. "Fənərbağça" (Türkiyə) - "Antverpen" (Belçika)

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Olimpiakos" (Yunanıstan)

Xal durumu: "Olimpiakos" - 6, "Ayntraxt" - 4, "Fənərbağça" - 1, "Antverpen" - 0

E qrupu

20:45. "Latsio" (İtaliya) - "Marsel" (Fransa)

23:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Qalatasaray" (Türkiyə)

Xal durumu: "Qalatasaray" - 4, "Marsel" - 3, "Lokomotiv" - 2, "Latsio" - 1.

F qrupu

20:45. "Midtüllan" (Danimarka - "Srvena Zvezda" (Belqrad, Serbiya)

20:45. "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - "Braqa" (Portuqaliya)

Xal durumu: "Srvena Zvezda" - 6, "Braqa" - 3, "Lüdoqorets" - 1, "Midtüllan" - 1

G qrupu

20:45. "Betis" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya)

Xal durumu: "Bayer" - 6, "Betis" - 6, "Seltik" - 3 (3 oyuna) "Ferentsvaroş" - 0 (3)

H qrupu

20:45."Rapid" (Vyana, Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Vest Hem" (İngiltərə) - "Genk" (Belçika)

Xal durumu: "Vest Hem" - 6, "Dinamo" - 3, "Genk" - 3, "Rapid" - 0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.