İdman

Klublararası dünya çempionatı bu ölkədə keçiriləcək

21 Oktyabr 2021 08:13
0 Şərh     Baxış: 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı qərar FIFA Şurasının iclasında qəbul olunub.

2022-ci ilin əvvəlində təşkili planlaşdırılan turnirin dəqiq tarixi daha sonra açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl Yaponiya klublararası dünya çempionatına ev sahibliyi etmək istəsə də, sonradan ölkə hakimiyyəti koronavirusla əlaqədar vəziyyətə görə qərarını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.