İdman

Çempionlar Liqası: “Barselona”dan ilk qələbə

20 Oktyabr 2021 23:34
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulacaq.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə daha dörd qrup üzrə 8 qarşılaşma baş tutacaq.

E qrupunda 2 turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan "Barselona" Kiyev "Dinamo"sunu qəbul edəcək. Almaniya çempionu "Bayern" isə Portuqaliyada "Benfika"nın qonağı olacaq.
 
F qrupunda "Mançester Yunayted" İngiltərədə "Atalanta"nı sınağa çəkəcək. Digər qarşılaşma "Yanq Boyz"la "Vilyarreal" arasında keçiriləcək.
 
G qrupunda "Volfsburq" Avstriyada "Zalsburq"la, "Sevilya" isə Fransada "Lill" ilə üz-üzə gələcək.
 
H qrupunda turnirin son qalibi olan "Çelsi" "Malmö"nün müqavimətini qırmağa çalışacaq. Qrupun digər oyununda "Yuventus" Rusiyada "Zenit"lə qarşılaşacaq.
 
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
20 oktyabr
 
E qrupu
 
Barselona (İspaniya) - Dinamo (Kiyev, Ukrayna) 1:0
Qol: Pike, 36.
 
23:00. Benfika (Portuqaliya) - Bayern (Almaniya)
 
Xal durumu: Bayern - 6, Benfika - 4, Dinamo - 1, Barselona - 0.
 
F qrupu
 
23:00. Yanq Boyz (İsveçrə) - Vilyarreal (İspaniya)
23:00. Mançester Yunayted (İngiltərə) - Atalanta (İtaliya)
 
Xal durumu: Atalanta - 4, Yanq Boyz - 3, Mançester Yunayted - 3, Vilyarreal - 1.
 
G qrupu
 
Zalsburq (Avstriya) - Volfsburq (Almaniya) 3:1
Qol: Adeyemi, 3. Okafor, 65; 77 - Nmeça, 15.
 
23:00. Lill (Fransa) - Sevilya (İspaniya)
 
Xal durumu: Zalsburq - 4, Sevilya - 2, Volfsburq - 2, Lill - 1.
 
H qrupu
 
23:00. Çelsi (İngiltərə) - Malmö (İsveç)
23:00. Zenit (Rusiya) - Yuventus (İtaliya)
 
Xal durumu: Yuventus - 6, Çelsi - 3, Zenit - 3, Malmö - 0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.