İdman

İtaliyada futbol matçlarında irqçi şüarlar səsləndirən azarkeşlərin stadionlara girişi qadağan edilə bilər

20 Oktyabr 2021 22:04
0 Şərh     Baxış: 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina futbol matçlarında irqçi şüarlar səsləndirən azarkeşlərin stadionlara girişinə ömürlük qadağa qoyulmasının vacibliyini vurğulayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son həftələrdə "Serie A" matçlarında artan irqçi şüarlara münasibət bildirərkən FIGC prezidenti deyib: "Həmin şəxsləri müəyyən etmək imkanlarımız var. Onların müəyyən olunub stadionlardan uzaqlaşdırılmasını istəyənlər haqlıdırlar. Bu şəxslərin stadionlara girişi ömürlük qadağan edilməlidir".

Q.Qravina belə hallar zamanı ümumilikdə tribunaların cəzalandırılması əvəzinə fərdi sanksiyaların tətbiq edilməsinin daha məntiqli olduğunu deyib. O, klubların bu istiqamətdə əməkdaşlıq edəcəkləri təqdirdə onların da məsuliyyətlərini və sanksiyalarını yüngülləşdirə biləcəklərini söyləyib.

İrqçi şüarlar səsləndirən azarkeşləri müəyyən etmək üçün lazımi texnologiyanın mövcud olduğunu deyən Q.Qravina bildirib ki, həmin şəxslər müəyyən olunaraq stadionlardan qovulmalı və bir daha matçları tribunadan izləmələrinə icazə verilməməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.