İdman

“Atletiko”nun oyun üslubunu bəyənmirəm” – Klopp

19 Oktyabr 2021 21:08
0 Şərh     Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında "Atletiko"ya (İspaniya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan almaniyalı mütəxəssis "Atletiko"nun oyun üslubunu bəyənmədiyini deyib:

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone hər şeyi düz edir. O, İspaniya La Liqasının son qalibidir və uzun müddətdir ki, komandayla çalışır. Simeone "Atletiko"nun daha yaxşı olması üçün mübarizə aparır. Ona hörmətlə yanaşıram.

"Atletiko"nun oyun üslubunu çox da bəyənmirəm. Bunun səbəbi mənim fərqli üslublara olan marağımdır. "Atletiko" üçün əsas olan nəticədir və bunu da əldə etməyi yaxşı bacarırlar".

Qeyd edək ki, bu gün keçiriləcək "Atletiko" - "Liverpul" matçı saat 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.