Güneyli boksçunun bu açıqlaması İranı qarışdırdı: "Azərbaycanda..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əslən Güney Azərbaycanın Zəncan bölgəsindən olan boksçu Fərşid Rüstəminin açıqlamaları İranda qalmaqala səbəb olub.
Milli.Az konkret.az-a istinadən bildirir ki, o, iştirak etdiyi verilişlərdən birində aparıcının suallarını cavablandırarkən Azərbaycan Cümhuriyyəti və İranda idmançılara verilən dəyəri müqayisə edib. İdmançının sözlərinə görə, İranda boksla professional qaydada məşğul olmasına baxmayaraq, Azərbaycana gəldikdə məşqçisi Nəriman Abdullayev ona bildirib ki, "sən yumruq atmağı bacarırsan, boksu deyil".
Onun sözlərinə görə, məşqçilər bildiriblər ki, sənin indiyədək uğurlarının səbəbi fiziki olaraq güclü olmağınla bağlıdır, əslində İranda sənə boksun heç bir taktikasını öyrətməyiblər.
Bundan sonra isə Fərşid Azərbaycanda boksu yenidən sıfırdan öyrənməyə başlayıb. Aparıcı daha sonra idmançıya Azərbaycan Cümhuriyyətində idman karyerasını davam etdirməyə görə nə vaxtsa öz-özlüyündə peşiman olub-olmadığı ilə bağlı sual verib. O isə əvəzində heç vaxt bunun baş vermədiyini, bütün həyatını Azərbaycan Cümhuriyyətinə borclu olduğunu deyib. Fərşid daha sonra Azərbaycanla İranda idmançılara verilən dəyəri müqayisə edib.
O bildirib ki, əgər Zəncanda qalsaydı, hazırda böyük ehtimalla işsiz-gücsüz bir insan olacaqdı. Azərbaycana gəldikdən sonra isə burada Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyevin idmançılara göstərdiyi dəstək və qayğı nəticəsində karyerasının inkişafı ilə yanaşı, şəxsi biznes qura bildiyini, eləcə də bədən tərbiyəsi üzrə doktorluq dərəcəsi aldığını deyib.
Fərşid sonda bildirib ki, İranda yarışlarda udduğu mükafatların (qızıl) dəyəri çox aşağı olub və onlar yalnız yarışlara qatılmaq üçün Tehran-Zəncan yolunu gedib- gəlməyə sərf etməyə çatıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tailandda 15 günlük matəm elan olundu
-
Argentina millisində gözlənilməz çağırış: Tətilini yarımçıq qoydu - VİDEO
-
Naxçıvanda idarəçilik modeli yenilənir
-
Afrikalı hakimin DÇ-2026-ya buraxılmamasının səbəbi bilindi
-
Məşhur türkiyəli müğənni 72 kilo arıqlayıb tanınmaz hala düşdü - VİDEO
-
“Qalatasaray” Van Deykə təklif göndərəcək
-
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
-
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək
-
Sürücülük hüququ ömürlük verilə bilərmi?
-
Tramp: ABŞ və İran arasında müharibənin dayandırılması barədə razılaşma var
-
Masallıda 69 yaşlı qadın baltalanaraq öldürüldü
-
Xırdalanda Dost Mərkəzinin yaxınlığında YANĞIN
-
Ayın 13-də 35 dərəcə isti olacaq
-
Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
-
Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO
-
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
-
DÇ-2026-nın açılışında ölüm hadisəsi olub
-
İstanbul hava limanında 746 min manatlıq narkotik ələ keçirildi - FOTO
-
Xaçmazda narkotik əkib-becərən və satan şəxslər saxlanılıb
-
Bakıda 66 yaşlı kişi dənizdə boğularaq öldü
-
Bölgələrdə yağış və şimşək müşahidə olunur
-
Türkiyədə 9 məşhur narkotikə görə həbs edildi
-
Stilist Anar Pərvin Abıyevanın görünüşünü dəyişdi - VİDEO
-
İsti havalarda az yemək təhlükəli ola bilər





