İdman

Messinin qaldığı otel qarət olunub

1 Oktyabr 2021 20:54
1 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naməlum şəxslər Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin yaşadığı "La Royal Monceau" otelini qarət ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, cinayətkarlar binanın damından enərək içəri daxil olublar. Onlar aregentinalı hücumçunun qaldığı mərtəbənin üzərindəki 4 otaqdan pul və qiymətli əşyalar oğurlayıblar. Zərərin on minlərlə avro olduğu ehtimal edilir.

Ailəsi ilə birlikdə oteldə yaşayan futbolçunun fərdi ev aldığı və tezliklə oraya köçəcəyi bildirilir.

Qeyd edək ki, Lionel Messi PSJ-yə bu ilin yayında azad agent kimi keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.