İdman

Məşhur futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

1 Oktyabr 2021 19:12
0 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya milli komandasının keçmiş futbolçusu, hazırda Braziliyanın "Atletiko Mineyro" klubunda çıxış edən Dieqo Kosta çirkli pulların yuyulmasında və mərc oyunlarının təşkil olunmasında ittiham olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Braziliya polisi futbolçunun evində axtarış aparıb.

Hücumçu irəli sürülən ittihamları inkar edir. Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, D.Kosta Portuqaliyada "Braqa", İspaniyada "Selta", "Albasete", "Valyadolid", "Rayo Valyekano" və "Atletiko", İngiltərədə "Çelsi" klublarında çıxış edib. O, "Atletiko" ilə bir dəfə İspaniya çempionu olub, iki dəfə UEFA Avropa Liqasını, üç dəfə UEFA Superkubokunu qazanıb. "Çelsi"nin tərkibində isə iki dəfə İngiltərə çempionu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.