İdman

Cüdoçularımız birinci MDB Oyunlarında daha bir qızıl medal qazandı

9 Sentyabr 2021 19:44
0 Şərh     Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:44

Cüdoçularımız birinci MDB Oyunlarında daha bir qızıl medal qazanıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan cüdoçularımız bundan əvvəl 1 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar.

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. İdmançılarımız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.

--------

18:06

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında cüdoçularımız daha 2 bürünc medal qazanıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Camal Feyziyev (100 kiloqramdan yuxarı) və Şəfəq Həmidova (48 kq) yarışı üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, bundan əvvəl tatami ustalarımız Elçin Hüseynov (66 kq) və Murad Fətiyev (81 kq) Oyunlarda bürünc medala sahib olublar.

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.