“Lamiyə babasına söz vermişdi, təəssüf ki, bu günü görə bilmədi” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan yığmasının Tokio-2020 Yay Paralimpiya Oyunlarında uğurlu çıxışı hər kəsi sevindirib. Komandamız 14 qızıl, 1 gümüş və 4 bürünc medalla Yaponiya paytaxtında kifayət qədər yüksək nəticələrə nail olub.
Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, bu idmançılardan biri də para-atlet Lamiyə Vəliyevadır. Atletika yarışlarında 100 metr məsafəyə qaçışda ikinciliklə kifayətlənən xanım idmançımız 500 metr yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib. Onun bu çıxışları sosial şəbəkələrdə müsbət mənada müzakirə mövzusudur.
19 yaşlı Lamiyə idmana babasının sayəsində gəlib. İdmançının atası Rövşən Vəliyev bildirib ki, qızı ilk dəfə voleybolla məşğul olmağa başlayıb: "Babası voleybola baxmağı xoşlayırdı və Lamiyəni idmana yazdırmağı qərara aldı. Orada Şahin müəllim var idi, deyirdi ki, Lamiyə yaxşı idmançıdır, hər şeyi edir, amma digər uşaqların oyununa görə çox əsəbiləşir. Bildirdi ki, ona təklik lazımdır. Bizə dedi ki, onun yaxşı qaçmağı var və atletikaya yönəldə bilərsiz. Mən də orada idim. Qızım yanıma gələndə soruşdum ki, atletikaya yazdırsam, necə olar, orada bacararsan?
Dedi ki, mən əsəbiləşirəm və tək idman növü yaxşı olar. Mənə bildirdi ki, orada öz-özümə cavabdeh olacağamsa, hər şey qaydasında gedəcək. Bir az işlərim oldu və onu atletikaya aparmağı gecikdirdim. Bir gün gəldim gördüm ki, artıq babası onu atletikaya aparıb və orada hazırkı məşqçisi Tofiq müəllimlə (Tofiq Əliyev) rastlaşıb. Tofiq müəllim Lamiyəyə baxdıqdan sonra onu dərhal hazırlığa götürüb və babası "sizə nə qədər ödəniş edəcəyik?" deyəndə, Tofiq müəllim "bu uşağa görə ödəniş almaq günahdır" deyib. Beləcə Lamiyənin karyerası başladı".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da qardaşı qızı Lamiyə Vəliyevanın çıxışı ilə bağlı təəssüratlarını saytımızla bölüşüb: "Lamiyə gümüş və qızıl medallarla bütün Azərbaycanı sevindirdi, bayrağımızı zirvələrə qaldırdı. Əldə etdiyi bu zəfər, yüksək nəticə onun bacarığının, hazırlığının, məqsədyönlülüyünün və iradəsinin açıq sübutudur. Bu, həm də yetişməkdə olan gəncliyimiz üçün bir örnəkdir. Mən ikiqat sevinirəm, ikiqat qürurlanıram. Lamiyə təkcə ailəsinə, doğmalarına, qohumlarına və yaxınlarına deyil, Vətəninə, xalqına, milyonlarla soydaşımıza sevinc bəxş etdi".
Lamiyə gözümüzün önündə böyüdü, şən, gülərüz, bir az da ərköyün qızdır. Düzü, o vaxtlar heç kim onun idman həyatına addım atacağını, peşəkar idmana qoşulacağını ağlına belə gətirmirdi. Atası idman cüssəli, fiziki cəhətdən möhkəm olsa da, peşəkar idmanla məşğul olmamışdı. Lamiyənin 12-13 yaşı olarkən qaçış idmanına həvəsini və potensialını ilk olaraq babası Şahbaz əmi hiss etmiş və onu ruhlandırmışdı. Qardaşım Rövşən Lamiyəyə sonradan dəstək oldu, bir ata kimi üzərinə düşəni etdi, mütəxəssislərin, xüsusən də məşqçi Tofiq Əliyevin rəyini öyrəndi. Lamiyə isə öz potensialını büruzə verdi. Gözəl qız gözlərində olan zəifliyə görə para-atletika yarışlarında mübarizə aparmağa başlayıb. Ən təsirlisi odur ki, Lamiyə babasına mütləq çempion olacağına, himnimizi beynəlxalq arenada səsləndirəcəyinə, üçrəngli bayrağımızı zirvələrdə dalğalandıracağına söz vermişdi. Lamiyə sözünü tutsa da, çox təəssüf ki, babası onun parlaq qələbəsini görə bilmədi. Kaş ki, bu möhtəşəm zəfər 6 ay əvvəl qazanılsa idi. Buna baxmayaraq, nəvəsini hər zaman qələbə qazanacağına ruhlandıran Şahbaz əminin də Lamiyənin medallarına və ən əsası çempionluğuna görə ruhunun şad olduğuna inanıram".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yalan məlumat verənlər 5 min manat cərimələnəcək - Qərar
-
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim"
-
Bakıda 22 yaşlı narkokuryer tutuldu
-
Türkiyədə 10 ilin cinayətinin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
-
Azərbaycanda şirkət rəhbərləri saxlanıldı - Təfərrüatlar
-
Dənizdə təhlükəsiz üzmə müddəti neçə dəqiqədir?
-
İyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" işləməyəcək
-
Türkan meydan oxudu: "Nəfəs, Kəmalə Günəşli mənim kimi oxuya bilər?" - VİDEO
-
Dursun Həsənov qəfildən vəfat etdi
-
Xırdalanda Dost Mərkəzinin yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB
-
Tailandda 15 günlük matəm elan olundu
-
Argentina millisində gözlənilməz çağırış: Tətilini yarımçıq qoydu - VİDEO
-
Naxçıvanda idarəçilik modeli yenilənir
-
Afrikalı hakimin DÇ-2026-ya buraxılmamasının səbəbi bilindi
-
Məşhur türkiyəli müğənni 72 kilo arıqlayıb tanınmaz hala düşdü - VİDEO
-
“Qalatasaray” Van Deykə təklif göndərəcək
-
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
-
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək
-
Sürücülük hüququ ömürlük verilə bilərmi?
-
Tramp: ABŞ və İran arasında müharibənin dayandırılması barədə razılaşma var
-
Masallıda 69 yaşlı qadın baltalanaraq öldürüldü
-
Ayın 13-də 35 dərəcə isti olacaq
-
Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
-
Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO





