İdman

Şahmatçılarımız Avropa çempionatının doqquzuncu turunda iştirak ediblər

19 Avqust 2021 07:05
0 Şərh     Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının 9-cu turunun oyunları keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təmsilçilərimiz Zeynəb Məmmədyarova Mişel Katkov (İsrail), Türkan Məmmədyarova Ellen Nielsen (Danimarka), Nəsrin Babayeva Yasmin Sxlofer (Avstriya), Ayan Allahverdiyeva Louise Başilina (Almaniya) üzərində qələbə qazanıblar. Gövhər Beydullayevanın Tranq Hoanq (Macarıstan), Ülviyyə Fətəliyevanın Stavrula Tsulakidou (Yunanıstan), Xəyalə Abdullanın Marina Makropolou (Yunanıstan) ilə qarşılaşmaları heç-heçə ilə nəticələnib, Gülnar Məmmədova Nataliya Buksa (Ukrayna), Günay Məmmədzadə Mai Narva (Estoniya), Xanım Balacayeva Olqa Badelkaya (Belarus) məğlub olublar.

Doqquz turdan sonra G.Məmmədova 6, G.Məmmədzadə, Ü.Fətəliyeva, G.Beydullayeva 5,5, X.Balacayeva, Zeynəb Məmmədyarova 5, T.Məmmədyarova 4,5, N.Babayeva, X.Abdulla 4, A.Allahverdiyeva 3,5 xal toplayıblar. Turnir cədvəlinə 7,5 xalla ukraynalı Yuliya Osmak başçılıq edir.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.