İdman

Cüdoçularımız Avropa kuboku yarışını iki medalla başa vurublar

8 Avqust 2021 23:44
0 Şərh     Baxış: 1 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orenburqda (Rusiya) cüdo üzrə Avropa kuboku yarışı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, avqustun 7-də start götürən turnirin ikinci günü komandamız aktivinə daha bir medal yazdırıb. Belə ki, təmsilçilərimizdən İmran Yusifov (100 kiloqramdan yuxarı) üçüncü yeri tutub.

Qeyd edək ki, yarışın birinci günündə Nurlan Osmanov (73 kq) gümüş medal qazanıb. Beləliklə, cüdo komandamız yarışı iki medalla başa vurub.

İki gün davam edən turnirdə on dörd ölkədən 200-ə yaxın cüdoçu iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.