Tokio-2020: Bağlanış mərasimi keçirilib - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaponiyanın paytaxtı Tokioda XXXII Yay Olimpiya oyunlarının bağlanış mərasimi keçirilib.
Milli.Az apasport.az-a istinadla bildirir ki, bu gün Bakı vaxtı ilə saat 15:00-də başlanan mərasim Milli stadionda təşkil olunub.
Koronavirus pandemiyası üzündən 2020-ci ildən 2021-ci ilə təxirə salınan yarışın son tədbiri də boş tribunalar önündə keçirilib. İnfeksiyanın yaratdığı fövqəladə vəziyyət səbəbindən tamaşaçılarsız baş tutan mərasimdə yalnız xüsusi qonaqlar və nümayəndə heyətlərinin bir qismi iştirak edib.
Azərbaycan yığması da tədbirdə boş tribunalar önündən keçib. Yalnız yarışın son günlərində Olimpiya həyəcanı yaşayan təmsilçilərimiz yer alıb. Ölkəmizin üçrəngli bayrağını sərbəst güləş yarışlarında gümüş medal qazanan Hacı Əliyev daşıyıb.
Bədii hissəsi də orijinallığı ilə seçilən bağlanış mərasimi çərçivəsində dünya ölkələri olimpiyaçılarının yürüşü olub. Paradda yığmalar tam olmayan heyətlə stadiondan keçərək Tokio-2020 ilə vidalaşıb.
Ardınca Olimpiya Oyunlarının rəsmi himni səsləndirilib. Olimpiya bayrağı endirildikdən sonra növbəti təşkilatçı ölkə - Fransa rəsmisinə təqdim olunub.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax XXXII Tokio-2020 Yay Olimpiya Oyunlarını bağlı elan edib. Bağlanış mərasimi olimpiya məşəlinin söndürülməsi ilə yekunlaşıb.
Növbəti Olimpiada 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə baş tutacaq.
Qeyd edək ki, ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Olimpiada bu il iyulun 23-dən avqustun 8-dək təşkil edilib. Yarışda 205 ölkəni və qaçqınlar yığmasını təmsil edən 11 mindən çox idmançı 33 növ üzrə 339 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycanı 44 idmançı təmsil edib. Olimpiya oyunlarında Azərbaycan idmançıları 7 medal, o cümlədən 3 gümüş və 4 bürünc medal qazanıblar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
XƏBƏR LENTİ
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)





