İdman

Tokio-2020: Azərbaycan 67-ci oldu

8 Avqust 2021 13:05
2 Şərh     Baxış: 1 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tokio-2020 Yay Olimpiya Oyunlarında yarış proqramına yekun vurulub.

Milli.Az report-a istinadla bildirir ki, sonuncu gündə 8 növ üzrə mübarizə gedib.

Daha 13 dəst medal atletika, basketbol, boks, velosiped idmanı, həndbol, bədii gimnastika voleybol və su polosunda sahiblərini tapıb. Beləliklə, 339 dəst medala 93 ölkənin idmançıları yiyələnib.

Olimpiadada 3 gümüş və və 4 bürünc medal qazanan Azərbaycan yarışı 67-ci sırada tamamlayıb.

Ümumi sıralamada ABŞ yığması 113 medalla (39 qızıl, 41 gümüş, 33 bürünc) birinci olub. 38 qızıl, 32 gümüş və 18 bürünc medal əldə edən Çin olimpiadanı 2-ci pillədə başa vurub. Medal əyarında 3-cü yeri 27 "qızıl", 14 "gümüş" və 17 "bürünc"lə Yaponiya, medal sayında isə Rusiya Olimpiya Komitəsi (70 medal) tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.