İdman

Cüdoçumuz Avropa kubokunda gümüş medal qazandı

8 Avqust 2021 10:03
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orenburqda (Rusiya) Azərbaycan komandasının da qatıldığı cüdo üzrə Avropa kuboku yarışı start götürüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarışda cüdoçularımız Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Elçin Hüseynov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Adil Kərimli (100 kq), Camal Feyziev və İmran Yusifov (hər ikisi 100 kiloqramdan yuxarı) mübarizə aparırlar.

Turnirin birinci günü təmsilçilərimizdən Nurlan Osmanov fərqlənib. Cüdoçumuz finala qədər bütün rəqiblərini məğlub etsə də, qızıl medal uğrunda qarşılaşmada Askar Narkulova (Qazaxıstan) məğlub olaraq gümüş medalla kifayətlənib.

İki gün davam edəcək turnirdə on dörd ölkədən 200-ə yaxın cüdoçu iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.