İdman

Zöhrə Ağamirova Olimpiya Oyunlarında lentlə hərəkətlərini təqdim edib

6 Avqust 2021 10:55
Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokioda Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə fərdi çoxnövçülükdə təsnifat mərhələsi davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, təsnifat mərhələsində ən yaxşı nəticə göstərən 10 gimnast fərdi çoxnövçülük yarışının finalına çıxacaq.

Azərbaycan idmançısı Z.Ağamirova lentlə hərəkətlərdə 19.900 xal toplayıb. Bundan əvvəl o, halqa ilə hərəkətlərdə 23.000 xal, topla hərəkətlərdə isə 23.400 xal toplamışdı.

Xatırladaq ki, Zöhrə Ağamirova Tokioda keçirilən Olimpiya Oyunlarına lisenziyanı ölkəmizdə 2019-cu ildə təşkil olunan bədii gimnastika üzrə Dünya Çempionatında qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.