İdman

"Sumqayıt"dan növbəti transfer

24 İyun 2021 21:22
0 Şərh     Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sumqayıt" 2021/22 mövsümü üçün daha bir futbolçunu heyətinə cəlb edib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, son mövsümü "Qəbələ"də keçirmiş yarımmüdafiəçi Roman Hüseynovla 1 illik müqavilə imzalanıb. Hüseynov "20" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Roman Hüseynov "Qəbələ" (35 oyun, 2 qol) və "Kəpəz"in (11 oyun) uğurları üçün çalışıb. 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-17, U-19 və U-21 millilərində çıxış edib.

Xatırladaq ki, bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" bu yay Yusif Nəbiyev, Xəzər Məhmudov və Tərlan Əhmədlini də transfer edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.