İdman

Yarımfinal və final oyunları ilə bağlı yeni qərar - Avro-2020

22 İyun 2021 21:36
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avro-2020-nin yarımfinal və final matçlarının keçiriləcəyi Londondakı "Uembli" stadionuna azarkeşlərin buraxılması ilə bağlı yeni qərar verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. Stadionun 75 faizinə azarkeş buraxılması ilə bağlı İngiltərə höküməti ilə razlığa gəlindiyi bildirilib. Əvvəl isə bu rəqəm 22 faiz idi.

Yeni qərara əsasən, "Uembli"də yarımfinal və final matçlarına 60 mindən çox azarkeş buraxılacaq. Arenaya daxil olacaq azarkeşlər İngiltərədəki yeni tip koronavirus protokollarına uyğun yoxlanılacaq. Stadiona girmək istəyən azarkeşlərin koronavirus testi mənfi olmalı və onlar peyvənd olunmaları ilə bağlı sənəd təqdim etməlidir.

Qeyd edək ki, yarımfinal oyunları 6-7 iyul, final matçı isə 11 iyulda olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.