İdman

Şahmat üzrə "Masters" turnirində Nicat Abasov ilk qələbəsini qazanıb

16 İyun 2021 07:22
Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiyada Azərbaycan şahmatçısı Nicat Abasovun da qatıldığı ənənəvi Praqa şahmat festivalının əsas yarışının - "Masters" turnirinin ikinci turunun oyunları keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ikinci turda ağ fiqurlarla mübarizə aparan şahmatçımız isveçli rəqibi Nils Qrandeliusu məğlub edib. Bununla da N.Abasov yarışda ilk qələbəsini qazanıb.

Turun digər oyunlarında polşalı şahmatçılar Radoslav Voytaşek çexiyalı şahmatçı David Navaranı məğlub edib, Yan-Kşıştof Duda isə ABŞ təmsilçisi Sem Şenklanda uduzub. Çexiyanın digər şahmatçısı Tay Dan Van Nquyen isə niderlandlı Jorden Van Forest ilə heç-heçə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.