İdman

"Atalanta" "Bolonya"nı darmadağın etdi

26 Aprel 2021 08:06
Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atalanta" İtaliya futbol çempionatının 33-cü turunun oyununda "Bolonya" üzərində 5:0 hesabı ilə böyükhesablı qələbə qazandı.

Milli.Az Trend-ə istinadən bildirir ki, qolları Ruslan Malinovski (22-ci dəqiqə), Luis Muriel (44), Remo Freyler (57), Duvan Sapata (59) və Aleksey Mirançuk (73) vurublar.

Turnir cədvəlində "Atalanta" 68 xalla ikincidir. Üçüncü sırada 33-cü tur matçını bu gün səfərdə "Latsio"ya qarşı keçirəcək və 66 xalı olan "Milan"dır. "Bolonya" 38 xalla 12-ci yerdədir.

Növbəti turda "Atalanta" mayın 2-də "Sassuolo" ilə oynayacaq, "Bolonya" isə həmin gün "Fiorentina"nı qəbul edəcək.

Oyun gününün digər nəticələri:

"Benevento" - "Udineze" - 2:4;

"İnter" - "Verona" - 1:0;

"Fiorentina" - "Yuventus" - 1:1;

"Kalyari" - "Roma" - 3:2.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.