İdman

"Kubok qazanmaq üçün darıxmışam" - Poqba

18 Aprel 2021 19:28
Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in futbolçusu Pol Poqba komandasının bu mövsüm Premyer Liqada və ya Avropa Liqasında kubok qazanacağını düşünür.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi bu barədə açıqlamasında deyib. O, titula yiyələnməyə yaxın olduqlarını bildirib:

"Bir şey qazanmalıyıq. Həqiqətən artıq titullara yiyələnmək istəyirəm. Uduzmaq üçün oynamağı sevmirəm. Mən pis bir məğlub tərəfəm. Həmişə belə olmuşam. Hər oynayanda qalib gəlmək istəyirəm. Kubok qazanmaq üçün darıxmışam. Hazırda xoşbəxtəm. Çünki kubok qazanmağa yaxınıq. Premyer Liqada da şansımız var. Çünki hələ "Mançester Siti" çempionluğu rəsmiləşdirməyib".

Qeyd edək ki, "qırmızı şeytanlar" hazırda turnir cədvəlində 63 xalla 2-cidir. Komanda Avropa Liqasında yarımfinala adlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.