İdman

Nuriyev dubl edərək bombardir oldu

17 Aprel 2021 19:26
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, azərbaycanlı hücumçular Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" bu turda "Desna"nı qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

Azərbaycanlı futbolçular bu qələbədə böyük pay sahibi olublar. Millimizin üzvü Nuriyev görüşdə dubl edib. O, qollardan birini penaltidən vurub. Sona qədər meydanda olan futbolçu digər qolun ötürməsini də verib. Əhmədzadə isə Nuriyevin 2-ci qolunun ötürməsini edib. Start heyətdə meydana çıxan Rüstəm 66-cı dəqiqədə əvəzlənib.

Nuriyev dubl etməklə bu mövsüm Ukrayna çempionatındakı qollarının sayını 10-a çatdırıb. O, Vladislav Kulaç ("Vorskla") və Viktor Tsıqankovla ("Dinamo", Kiyev) birlikdə bombardirlik yarışında ilk 3 sıranı bölüşdürür.

Qeyd edək ki, "Minay" 22 turdan sonra 18 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.