İdman

İlkay Gündoğan formasını hərraca çıxardı

17 Aprel 2021 12:19
Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının 1/4 final mərhələsinin "Borussiya" (Dortmund, Almaniya) ilə ilk matçında geyindiyi formanı hərraca çıxarıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə yarımmüdafiəçi "tvitter" hesabında məlumat yayıb.

Hərracda satılacaq formadan gələn gəlir ollier xəstəliyindən (sümük xərçəngi) əziyyət çəkən 8 yaşlı Dilara Abanoğlunun müalicəsinə sərf olunacaq.

"Mançester Siti" Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki matçında "Borussiya"nı 2:1 hesabıyla məğlub edərək, yarımfinala yüksəlib. "Şəhərlilər" bu mərhələdə Fransa PSJ-si ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.