İdman

Tokio-2020 ləğv oluna bilər

15 Aprel 2021 13:14
Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokio Yay Olimpiya Oyunlarının tamamilə ləğv edilməsi gündəmə gəlib.

Milli. Az apasport.az-a istinadən xəbər verir ki, bunu Yaponiyanın hakimiyyətdə olan Liberel-demokratik partiyasının baş katibi Tosihiro Nikai açıqlayıb.

O bildirib ki, koronavirusla bağlı ölkədəki vəziyyət pisləşərsə, Olimpiya Oyunlarının ləğvi hadisələrin inkişaf variantlarından biri olacaq: "Əgər yarışların təhlükəsiz keçirilməsi mümkünsüzdürsə, turnir ləğv olunmalıdır. Yarışın təşkili infeksiyanın yayılması ilə nəticələnəcəksə, Olimpiadanın mənası nədir? Bu mərhələdə biz qərar qəbul etməli olacağıq".

Qeyd edək ki, ötən il keçirilməli olan Olimpiya Oyunları koronavirus səbəbindən təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.