İdman

"Mançester Siti" və "Real" Çempionlar Liqasının yarımfınalına yüksəlib

15 Aprel 2021 07:05
Baxış: 1 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində daha iki oyun keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Almaniyanın "Borussiya" klubu öz meydanında İngiltərənin "Mançester Siti" klubunu qəbul edib.

İngiltərə təmsilçisi səfərdə 2:1 hesabı ilə qələbə qazanıb. "Mançester Siti"nin heyətində qolları Riyad Marez (55-ci dəqiqə, penalti) və Fil Foden (75) vurublar. "Borussiya"dan yeganə qolu Cud Bellinqem vurub (15).

Beləliklə, İngiltərə komandası iki oyunun nəticələrinə görə turnirin növbəti mərhələsinə adladı.

Digər oyunda İngiltərənin "Liverpul" klubu İspaniyanın "Real" klubunu qəbul edib. Oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

İlk oyun 3:1 hesabı ilə "Real" ın qələbəsi ilə başa çatıb. Beləliklə, hər iki oyunun nəticələrinə əsasən yarımfinala "Real" yüksəlib.

UEFA Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

14 aprel

23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar:
 Bellinqhem, 15 (1:0), Mahrez, 55 (1:1), Foden, 75 (1:2)
İlk oyun - 1:2

 

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:0 
İlk oyun - 1:3


13 aprel

"Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1
İlk oyun - 2:0

PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1
İlk oyun - 3:2

"Mançester Siti" yarımfinalda PSJ, "Real" isə "Çelsi" ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 27-28 apreldə, cavab qarşılaşmaları 4-5 mayda olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.