İdman

Avropa Liqasında 1/4 finalının bütün komandaları müəyyənləşib

19 Mart 2021 07:00
Baxış: 1 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Tottenhem" komandası Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Zaqrebin (Xorvatiya) "Dinamo"suna 0:3 hesabı ilə məğlub olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun Zaqrebdə boş tribunalarla keçirilib.

Qolları 62, 83 və 106-cı dəqiqələrdə Mirslav Orşiç vurub. Xatırladaq ki,Londonda keçirilən ilk görüş 2:0 hesabı ilə "Tottenhem"in xeyrinə başa çatıb.

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin "Mançester Yunayted" komandasının futbolçuları 1:0 hesabı ilə İtaliyanın "Milan" klubunu məğlub ediblər.

Görüş Milandakı "San Siro" stadionunda boş tribunalarla baş tutub.

Yeganə qolu 49-cu dəqiqədə Pol Poqba vurub.

Turnirin 1/4 final mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. Final Polşanın Qdansk şəhərində 26 mayda baş tutacaq. Avropa Liqasının hazırkı qalibi İspaniyanın "Sevilya" klubudur.

Avropa Liqası 1/4 finalın bütün komandaları müəyyənləşib: "Arsenal" (İngiltərə), "Qranada" (İspaniya), "Roma" (İtaliya), "Dinamo" (Xorvatiya), "Vilyarreal" (İspaniya), "Mançester Yunayted" (İngiltərə), "Ayaks" (Niderland) və "Slaviya" (Çexiya).

Avropa Liqası, 1/8 final mərhələsi, cavab oyunları

"Molde" (Norveç) - "Qranada" (İspaniya) - 2:1
Qollar: Valyexo, 29-avtoqol, Hestad, 90-pen - Soldado, 72
İlk oyun - 0:2

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Tottenhem" (İngiltərə) - 3:0
Qollar: Orsiç, 62, 83, 106
İlk oyun - 0:2

"Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 0:1
Qol: El Arabi, 51
İlk oyun - 3:1

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya) - 1:2
Qollar: Moraes, 59 - Mayoral, 48, 72
İlk oyun - 0:3

"Reyncers" (Şotlandiya) - "Slaviya" Praqa (Çexiya) - 0:2
Qollar: Olayinka, 14, Stanku, 74
İlk oyun - 1:1

"Milan" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 0:1
Qol: Poqba, 49
İlk oyun - 1:1

"Vilyarreal" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0
Qollar: Moreno, 13, 36
İlk oyun - 2:0

"Yanq Boyz" (İsveçrə) - "Ayaks" (Niderland) - 0:2
Qollar: Neres, 21, Tadiç, 49-pen
İlk oyun - 0:3

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.