İdman

"Qalatasaray" ev stadionunu dəyişir

3 Mart 2021 10:19
Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" ev oyunlarını Atatürk Olimpiya Stadionunda keçirmək üçün Türkiyə Futbol Federasiyasına müraciət edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda "NTV Spor"un saytı məlumat yayıb. Belə bir müraciətə səbəb Türk Telekom Arenanın meydançasının yararsız duruma düşməsidir. Ot örtüyü normal vəziyyətə qayıdana qədər "sarı-qırmızılılar" bütün rəqiblərini Olimpiya Stadionunda qəbul etmək niyyətindədir.

Qeyd edək ki, bu il mayın 29-da Çempionlar Liqasının finalı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.