İdman

"Brent" markalı neft ucuzlaşdı

2 Mart 2021 08:42
Baxış: 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 05:25 (GMT+4) üçün 1,11 faiz ucuzlaşaraq 62,98 dollar/barel təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, son dəfə "Brent" markalı neftin qiyməti fevralın 22-də 63 dollardan aşağı olub.

Saat 05:33 üçün "Brent" markalı neftin qiyməti 62,89 dollar/barel təşkil edib. "WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 1,22 faiz ucuzlaşaraq 59,68 dollar/barel olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.