İdman

Çempionlar Liqasında "Leypsiq" - "Liverpul" oyunu təxirə salına bilər

31 Yanvar 2021 08:28
Baxış: 1 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında 1/8 final mərhələsinin "Leypsiq" - "Liverpul" arasında oyun təxirə salına bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Almaniya və İngiltərə arasında koronavirusun yeni növünün yayılması ilə əlaqədar olaraq 17 fevral tarixinə qədər uçuşların dayandırılması səbəbiylə "Leypsiq" və "Liverpul" görüşün təşkili üçün alternativ variantlar nəzərdən keçirməlidir.

Hazırda oyunu vaxtında keçrimək üçün bir neçə imkan var - neytral meydançada oynamaq və ya matçların sırasını dəyişdirmək (birincisi İngiltərədə, ikinci görüş Almaniyada).

Xatırladaq ki, "Leypsiq" - "Liverpul" arasında Çempionlar Liqasının oyunu 16 fevralda baş tutmalı idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.