İdman

Azərbaycanda populyar idman növləri açıqlandı

25 Yanvar 2021 12:26
Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası bütün sahələrə olduğu kimi idmana da mənfi təsir göstərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilkin məlumatlara görə, 2021-ci ilin əvvəlinə Azərbaycanda idman qurğularının sayı 11,6 mini keçib. Əhali arasında futbol, voleybol, şahmat, atletika, dama, basketbol, sərbəst güləş, stolüstü tennis, karate, taekvondo və cüdo kimi idman növlərinə daha çox maraq göstərilir.

Ötən il ərzində yığma komandalarımızın idmançıları Macarıstanın Budapeşt şəhərində yeniyetmə və gənclər arasında keçirilən karate üzrə Avropa çempionatında 4 qızıl, 1 gümüş və 3 bürünc medal, İtaliyanın Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatında 2 qızıl, 2 gümüş və 9 bürünc medal, İspaniyanın Fuenxirola şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışlarında 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanmış, digər beynəlxalq yarışlarda da yüksək nailiyyətlər göstərmişlər.

İdmançılarımız tərəfindən olimpiya və qeyri- olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 60 qızıl, 46 gümüş və 86 bürünc olmaqla, ümumilikdə 192 medal əldə edilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.