İdman

Sterlinqdən rekord

6 Dekabr 2020 17:32
Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən "Mançester Siti" - "Fulhem" oyunu mançesterlilərin futbolçusu Rahim Sterlinq üçün əlamətdar olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2:0 hesablı qələbə ilə başa çatan görüşdə Rahim Sterlinq fərqlənməsə belə komandasına penalti zərbəsi qazandırıb. Beləliklə, R.Sterlinq İngiltərə Premyer Liqasının tarixində ən çox penalti qazandıran futbolçu olub. İngiltərə millisinin futbolçusuna qarşı 20-ci dəfə qayda pozuntusu qeydə alınıb.

Qeyd edək ki, cari mövsüm R.Sterlinq 15 oyunda meydana çıxıb. O, həmin görüşlərdə 5 dəfə fərqlənib və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.