İdman

Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı

5 Dekabr 2020 08:42
Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı boksçular Mayk Tayson və Roy Cons arasındakı döyüş bir milyondan çox ödənişli translyasiya toplaya bilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş təşkilatçılara 50 milyon dollardan çox qazanc gətirib. Bu 675.000 ödənişli yayımlama toplayan Həbib Nurməhəmmədov ilə Castin Geydjinin arasındakı döyüşdən əldə edilən məbləğdən təxminən iki dəfə çoxdur.

Xatırladaq ki, boks üzrə keçmiş dünya çempionları Mayk Tayson ilə Roy Cons arasında 29 noyabrda baş tutan döyüş heç-heçə ilə nəticələnib. Hər iki boksçu qarşıdurmanın nəticəsindən narazı qalıblar vər yenidən mübarizə aparmaq istədiklərini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.