İdman

"İcazə verin, indiki zamandan zövq alım" - Jiru

3 Dekabr 2020 18:17
Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin futbolçusu Oliviye Jiru komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Sevilya" ilə matçda 4 qol vuran 34 yaşlı hücumçu oyundan sonar açıqlamasında bunları deyib:

"İcazə verin hazırkı vaxtdan və böyük qələbədən zövq alım. Daha sonra bir az fasilə verib, məşqçilərin nə düşündüyünü görəcəyik. 4 qol vura bildiyim üçün təsirlənmişəm. Eyni ruhda davam etməyə çalışacağam. Komandamın qalib gəlməsinə kömək edə bildiyim və 4 qol vurduğum üçün xoşbəxtəm".

Qeyd edək ki, 5 turdan sonar 13 xal toplayan "Çelsi" növbəti mərhələyə vəsiqəni təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.