İdman

"750 qol. 750 xoşbəxt an"

3 Dekabr 2020 13:08
Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştianu Ronaldu karyerasının 750-ci qolunu vurması haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu özünü Tvitter hesabında bu barədə paylaşım edib:

"750 qol. 750 xoşbəxt an, 750 dəfə azarkeşin üzündə yaranan təbəssüm. Bu möhtəşəm uğuru qazanmaqda mənə kömək edən bütün komanda yoldaşlarıma, məşqçilərə təşəkkür edirəm. Bütün rəqiblərim hər gün daha çox çalışmağıma şərait yaratdı".

Qeyd edək ki, Ronaldu ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Dinamo" ilə matçda fərqələnərək karyerasının 750-ci qolunu vurub. Eyni zamanda o, ÇL-nın ev oyunlarında vurduğu qolların sayını 71-ə çatdıraraq, Messini geridə qoyub (70) və turnirdə rekordda imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.