İdman

Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub

28 Noyabr 2020 20:02
Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın gənclər komandası Kiyevdə keçirilən Bədii Gimnastika üzrə 36-cı Avropa çempionatındakı çıxışını başa vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün Kiyevdə keçirilən Bədii Gimnastika üzrə Avropa çempionatının üçüncü günündə, fərdi mövzularda (lent, top, gürzlər, ip) yuniorlar üçün final mərhələsi başa çatıb. Bu gün eyni zamanda Azərbaycan komandasının iştirak etdiyi qrup hərəkətlərində (5 top, 3 halqa və 2 cüt gürzlərlə) komandaların son çıxışları olacaq.

"Gənclər" yaş kateqoriyasında finalda Azərbaycanı tamsil ediblər: İp və lentlə hərəkətlərdə - Nərmin Bayramova, top və cüt gürzlər - Alina Gözəlova.

Finalların nəticələrinə görə, Nərmin Bayramova iplə hərəkətlərə görə hakimlərdən 19.050 bal alıb və altıncı yerdə qərarlaşıb, lentlə hərəkətlərdə isə 20.950 bal qazanaraq dördüncü yeri tutub.

Alina Gözəlova topla hərəkətdə 21.050 bal toplayaraq beşinci yeri, cüt gürzlərlə hərəkətlərdə isə 21.900 bal toplayaraq beşinci yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.