İdman

“Yaxşı müdafiə olunduq” – Rəşad Sadıqov

28 Noyabr 2020 19:12
Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samir Abasovu təyinatı münasibətilə təbrik edirəm. Onunla birlikdə futbol oynamışıq, həm də məşqçilik kurslarına qatılmışıq".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 9-cu  turunda "Neftçi" ilə keçirilən oyundan sonra deyib.

"Bakcell Arena"dakı qarşılaşmada qolsuz bərabərə qalan qəsəbə təmsilçisi turnir cədvəlində liderliyə yüksəlib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında gənc mütəxəssis yaxşı müdafiə olunduqlarını söyləyib: "Maraqlı oyun alındı, qol epizodları çox deyildi. Rəqib topa nəzarət edirdi, biz müdafiə olunurduq. Bəzən əksinə olurdu. Son 10-15 dəqiqədə "Neftçi" üstün oldu. Bilirdik ki, rəqib qələbə qazanmaq istəyəcək. Komanda olaraq yaxşı müdafiə olunduq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.