İdman

Cüdoçularımız Avropa çempionatına 3 medalla başladı

10 Noyabr 2020 09:44
Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında Avropa çempionatına start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qızların yarışında Gültac Məmmədəliyeva (52 kq) yalnız finalda uduzaraq qitə birinciliyinin gümüş medalına sahib olub.

Oğlanlardan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medala layiq görülüb. O, 3-cü yer uğrunda qarşılaşmada komanda yoldaşı Yaşar Nəcəfova qalib gəlib. 66 kiloqram çəki dərəcəsində yarışan Nurlan Osmanov da Avropa birinciliyinin bürünc medalına sahib olub. Gənc cüdoçu bürünc uğrunda görüşdə Finlandiya təmsilçisi Saşa Lukası məğlub edib.

Qeyd edək ki, 36 ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı qitə birinciliyində Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunur.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.