İdman

“Bavariya”ya 3-cü dəfə “yox” dedi

28 Oktyabr 2020 19:29
Baxış: 1 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Bavariya" klubu müdafiəçisi David Alabanı yeni müqaviləyə heç cür razı sala bilmir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, tərəflər arasında növbəti danışıqlar bir nəticə verməyib.

Münhen təmsilçisi üçüncü dəfə Avstriya yığmasının üzvü ilə danışıq masası arxasında əyləşib. Lakin rəhbərliyin təklifi ilə 28 yaşlı oyunçunun tələbləri üst-üstə düşməyib. Alaba mövsümün sonunda Bundesliqa çempionunu azad agent kimi tərk etməyi planlaşdırır.

Qeyd edək ki, David Alabanın "Bavariya" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.

Millli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.