İdman

"Ən yaxşı oyunumuzu göstərmədik, lakin..." - "Makkabi"nin məşqçisi

23 Oktyabr 2020 09:22
Baxış: 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Makkabi"nin məşqçisi Makis Anqrlinas Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Giorgios Donis cəzalı olduğu üçün komandaya texniki zonadan rəhbərlik edən mütəxəssis görüşdən sonra keçirilən mətbuat konfrnasında bunları deyib:

"Qarabağ"ın ciddi komanda olduğunu bilirdik. Kompakt, taktiki cəhətdən düzgün oynamalı və əldə etdiyimiz imkanlardan yararlanmalı idik. Ola bilər ki, ən yaxşı oyunumuzu göstərmədik. Lakin nəticə vacib idi. Çox şey etdik. Oyunçuların uyğunlaşması üçün çalışdıq. Onlar meydanda yaxşı iş gördülər".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.