İdman

"Qarabağ" niyə qrupun favoriti olmasın?" - Emrah Çelikel

9 Oktyabr 2020 15:21
Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mətbuatdan oxuduqlarıma və müşahidələrə əsasən, deyə bilərəm ki, əksəriyyət "Vilyarreal"ı bu qrupun əsas favoriti hesab edir.

Milli.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın direktoru Emrah Çelikel deyib.

Azərbaycan çempionu İ qrupunda "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və "Sivasspor"la (Türkiyə) mübarizə aparacaq. Ağdam təmsilçisi ilk matçını oktyabrın 22-də səfərdə "Makkabi"yə qarşı keçirəcək.

Çelikel məqsədlərinin qrupdan çıxmaq olduğunu bildirib: "Bu, onsuz da, bizim həmişəki məqsədimizdir. Öncəki illərdə də belə bir niyyətimiz olub, indi də niyyətimiz budur.

Deməzdim ki, rahat qrupa düşmüşük. Rəqiblərin hər biri ölkələrinin güclülərindən sayılır və kifayət qədər güclüdür. Bütün matçlar ağır keçəcək.

"Qarabağ" artıq 7 mövsümdür avrokubokların qrup mərhələsində çıxış edir və tanınır. Təcrübəmiz böyükdür. Düşünürəm ki, qrupdan çıxmağı bacaracağıq.

Biz rəhbərlik olaraq, məşqçilərimizə və futbolçularımıza inanırıq. "Vilyarreal"ın birinci yeri tutacağını proqnozlaşdıran çoxdur, amma "Qarabağ" niyə qrupun favoriti olmasın?

Qrupu ilk sırada bitirmək gücündə olduğumuzu fikirləşirəm. Komndaya etimadımız tamdır".(sportinfo.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.