İdman

Yığmamızın sabiq baş məşqçisi vəfat etdi

8 Oktyabr 2020 17:24
Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan voleyboluna itki üz verib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, kişilərdən ibarət milli komandamızın sabiq baş məşqçisi Sahib Əliyev 77 yaşında dünyasını dəyişib.

O, uzun sürən xəstəlikdən vəfat edib.

Sahib Əliyev müxtəlif illərdə iki dəfə yığmanın baş məşqçisi vəzifəsini yerinə yetirib. Əsas komandamız onun rəhbərliyi altında AÇ-2009 və DÇ-2014-in təsnifat mərhələlərində çıxış edib. "Azərneft"lə Azərbaycan çempionatının mükafatına yiyələnmiş mütəxəssis Bakı təmsilçisi ilə 2008-2009 və 2011 mövsümlərində avrokuboklarda da mübarizə aparıb.

Allah rəhmət eləsin!

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.