İdman

"Qarabağ"dan braziliyalı oyunçuya təklif

6 Oktyabr 2020 16:29
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinun "Xor Fakkan" klubunun futbolçusu Bruno Lamas "Qarabağ"dan təklif alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə  26 yaşlı yarımmüdafiəçi "Vavel" nəşrinə açıqlamasında bildirib.

Braziliyalı oyunçu Ağdam təmsilçisi ilə yanaşı ölkəsinin "Fluminense", "Vasko da Qama" və digər ölkələrin klublarının da onunla maraqlandıqlarını söyləyib. Daha əvvəl Portuqaliya "Leyşoynş"unda oynayan futbolçu gələcəkdə Avropaya qayıda biləcəyini də istisna etməyib.

Qeyd edək ki, B.Lamasın hazırkı klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.