İdman

Naqelsmann Deşamın rekordunu qırdı

14 Avqust 2020 22:30
Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Leyptsiq"in çalışdırıcısı Yulian Naqelsmann komandası Çempionlar Liqasının yarımfinalına çıxan ən gənc baş məşqçi olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onun rekordu ötən gecə ÇL-in 1/4 finalında "Atletiko"ya qalib gələrək (2:1) yarımfinala yüksəldikləri oyunda qeydə alınıb.

Almaniyalı məşqçi 33 yaş 21 günlüyündə buna nail olub. Buna qədər isə sözügedən rekord Didye Deşama məxsus idi. Hazırda Fransa millisini çalışdıran Deşam 2003-2004 mövsümündə "Monako"nu yarımfinala çıxaranda 35 yaşında olub.

Qeyd edək ki, "Leyptsiq" yarımfinalda PSJ ilə qərşılaşacaq. Görüş avqustun 18-də keçiriləcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.