İdman

1/8 finalda son gün - Çempionlar Liqası

8 Avqust 2020 14:34
Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son cavab görüşlərinin ardından 1/4 finala axırıncı 2 vəsiqənin sahibi müəyyənləşəcək.

İspaniyada "Barselona" İtaliya "Napoli"sini (ilk matç 1:1), "Bavariya" isə səfərdə 3:0 hesabı ilə məğlub etdiyi "Çelsi"ni qəbul edəcək.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 avqust

23:00. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya)

İlk oyun - 1:1

23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)

İlk oyun - 3:0

Qeyd edək ki, artıq  "Mançester Siti" (İngiltərə),  "Lion" (Fransa),  "Leyptsiq" (Almaniya), PSJ (Fransa), "Atletiko" (İspaniya) və "Atalanta" (İtaliya) 1/4 finala  vəsiqə qazanıblar.

Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.