İdman

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm" - Zidan

8 Avqust 2020 14:24
Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandadan getmək niyyətində deyil.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis bu barədə Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə matçdan (1:2) sonra danışıb. O, məğlubiyyətə görə "kral klubu"ndan ayrılmayacağını bildirib:

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm. Gələcəyimlə bağlı suallar verməyə ehtiyac yoxdur. Hamımız istirahət edəcəyik və növbəti mövsüm qayıdacağıq".

Qeyd edək ki, "Real" iki oyunun toplamında "Mançester Siti"yə 2:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.