İdman

"Qalatasaray" uduzdu

13 İyul 2020 09:59
Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 12-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun ikinci gün qarşılaşmasında "Ankaragücü" doğma meydanda "Qalatasaray"ı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, maraqlı keçən qarşılaşma paytaxt təmsilçilərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Meydan sahiblərinin yeganə qolunu Oskar Skarione vurub.

Gün ərzində "Antalyaspor" - "Alanyaspor" və "Fənərbağça" - "Sivasspor" matçları keçiriləcək. Bu oyunlar Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bundan əlavə, turda iyulun 13-də "Kasımpaşa" - "Rizəspor", "Kayserispor" - "Qaziantep", "Konyaspor" - "Başakşəhər", "Dənizlispor" - "Trabzonspor", "Yeni Malatyaspor" - "Beşiktaş" komandaları qarşılaşacaq.

Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Beşiktaş" klubu isə 53 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Qalatasaray" (52 xal), "Alanyaspor" (51 xal), "Fənərbağça" (50 xal) və digər komandalar gəlir.

Milli.A

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.