İdman

“Qarabağ” "Səbail"lə üç hissə oynayıb, dörd qol vurub

13 İyun 2020 23:21
Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümün bərpası üçün hazırlıqlarını davam etdirən "Qarabağ" bu gün ikinci yoxlama görüşünə çıxıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Premyer Liqanın lideri autsayderlər zonasında qərarlaşan "Səbail"i sınağa çəkib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 3 hissədən ibarət olub. Matçda hesabı qonaqlar açıb. Bahadur Həziyev erkən qolla son çempionu məyus edib.

Qurban Qurbanovun yetirmələri artıq ilk yarıda oyunda dönüş yaratmağa müvəffəq olub. Mahir Emreli və Ovusu Kvabenanın qolları ilə ağdamlılar fasiləyə üstün yollanıb. İkinci hissədə yalnız bir qol vurulub. Qara Qarayev son dəqiqədə fərqi iki topa çatdırıb. 

Üçüncü hissə də Premyer Liqanın liderinin üstünlüyü şəraitində keçib. Qarşılaşmada son nöqtəni Filip Ozobiç qoyub - 4:1. Bu, "Qarabağ"ın fasilədən sonrakı yoxlama oyunlarındakı ardıcıl ikinci qələbəsi olub.

Qeyd edək ki, ilk yoxlama görüşü çərçivəsində iyunun 9-da "Qarabağ" "Sabah"ı darmadağın edibsə (5:0), ertəsi gün "Səbail" "Zirə" ilə qollu bərabərə (2:2) qalıb.

Yoxlama görüşü
13 iyun
19:30. "Qarabağ" - "Səbail - 4:1

Qollar: Mahir Emreli, 24, Ovusu Kvabena, 42, Qara Qarayev, 90, Filip Ozobiç, 116  - Bahadur Həziyev, 7
Tofiq Bəhramov adına Respublika Stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.