İdman

Türkiyə klubunun futbolçuları koronavirusdan sağaldı

31 May 2020 22:52
Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Yeni Malatyaspor" klubu növbəti dəfə koronavirus testindən keçib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, futbolçu və məşqçi heyətindən, eləcə də klubda çalışanlardan götürülən bütün testlərin nəticəsi neqativ çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Superliqa təmsilçisində bundan əvvəlki testdə beşi futbolçu olmaqla 8 nəfərdə koronavirus aşkarlanmışdı.

Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Superliqasının iyunun 12-də bərpa olunacağı açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.