İdman

Ramildən Ayaza dəstək - FOTO

28 May 2020 19:27
Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabah"ın hücumçusu Ramil Şeydayev "Spartak"ın intizamsızlığa görə 2-ci komandaya göndərdiyi futbolçusu  Ayaz Quliyevə dəstək olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin üzvü İnstaqram hesabında Azərbaycan əsilli futbolçu ilə şəklini paylaşaraq "Qardaş, ən başlıcası səbrdir" yazıb.

Daha sonra Şeydayev erməni məşqçi Aleksandr Qriqoryanın Ayazı müdafiə etməsinə münasibət bildirib. O, bununla bağlı yazıb: "Qardaşımızı dəstəkləyən birinci şəxs. Həm gülməli, həm də kədərlidir, uşaqlar".

24 yaşlı forvard Rusiya millisinin sabiq üzvü Aleksandr Mostovoyun "Ayaz Quliyevin gedişi "Spartak" üçün itki olmayacaq" fikrinə də cavab verib. Şeydayev "Bəs yerdə qalanların hamısı üstündür??" yazaraq, Quliyevə dəstəyini bildirib.
 
Xatırladaq ki, Ayaz Quliyevin "Spartak"ın məşqçi heyətinin üzvləri ilə nəzakətsiz danışdığı üçün 2-ci komandaya göndərildiyi bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.